07 Aprel tarixində YAP Binəqədi rayon təşkilatının akt zalında Binəqədi Rayon icra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı və ədliyyə Nazirliyinin dəstəyi ilə “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb. Məlumatda qeyd edilir ki, tədbirdə Binəqədi rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi Hafiz əliyev, professor Rəna Mirzəzadə, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, YAP Binəqədi rayon təşkilatı Qadınlar şurasının üzvləri, rayon bələdiyyə sədrləri, Rayon Gənclər və idman idarəsinin rəis müavini Sevinc Süleymanova, din xadimi Rüfət Qarayev, Rayon Qeydiyyat şöbəsinin müdiri, rayonun səhiyyə, məktəbəqədər və orta ümumtəhsil və mədəniyyət müəssisələrinin nümayəndələri, ictimai birliklərin nümayəndələri, ASAN Könüllüləri, fəal gənclər iştirak ediblər.
ilk öncə tədbir iştirakçıları ailə dəyərlərini özündə ehtiva edən foto-sərgi ilə tanış olublar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva təqdimatla çıxış edib. Natiq çıxışında “Ailə Akademiyası” layihəsi çərçivəsində keçirilən tədbir haqqında ətraflı məlumat verib və bildirib ki, bu gün cəmiyyətimizdə bu mövzu olduqca əhəmiyyət kəsb edir.
Sonra çıxış edən natiqlər Binəqədi rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi Hafiz əliyev, professor Rəna Mirzəzadə bildiriblər ki, belə mövzular ətrafında bu cür tədbirlərin keçirilməsi və maarifləndirmə işləri aparmaq olduqca vacib məsələlərdən biridir.
Məruzələr ətrafında din xadimi, Heydər məscidinin axundu Rüfət Qarayev, fəal gənc Sona Quliyeva, rayon ziyalısı Aslan Mehdiyev “Ailə dəyərlərinin müqəddəsliyi”, “Ailə münaqişələri və həlli yolları”, “Ailə dəyərləri və müasir gənclik”, “Ailə dəyərləri və prinsipləri” və bu kimi digər mövzular əsasında milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin rolundan danışıblar.
Rayon Ağsaqqallar şurasının üzvü, rayon ziyalısı Aslan Mehdiyev çıxışını bitirdikdən sonra həyat yoldaşı ilə birlikdə tədbirdə iştirak edən gənc ailəyə (YAP üzvü gənc ailə - şaiq Qəhrəmanov və iradə Haqverdiyeva) tövsiyyələrini bildirərək və onlara simvolik hədiyyələr təqdim ediblər.
Tədbir yekunlaşdıqdan sonra qonaqlar Binəqədi Mərkəzi Mədəniyyət Evində Binəqədi qəsəbə Bələdiyyəsinin “Ailə Akademiyası” layihəsi çərçivəsində hazırladığı təlimə baxıblar.
Belediyye.info
|
|
|
|